Babasından qalan silahı polisə təhvil verdi
    • 26-03-2024, 22:41
    • 145

Babasından qalan silahı polisə təhvil verdi


Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini N.Daşdəmirov bir neçə il öncə dünyasını dəyişən babasından qalan, R.Qarayev isə tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib.