"Bu məsələ artıq Moskva ilə müzakirə edilmir" -  Simonyan
    • 27-03-2024, 15:50
    • 204

"Bu məsələ artıq Moskva ilə müzakirə edilmir" - Simonyan

Rusiya sərhədçilərinin İrəvan Zvartnots hava limanından çıxarılması məsələsi həll olunub və artıq Moskva ilə müzakirə edilmir. 

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir, mən düşünmürəm ki, burada hər hansı müzakirə gedir. Bu prosesi dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edilir. Bu, idarələrarası müqavilə idi, məqsədi bu sahədə erməni sərhədçilərinə fayda vermək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur”, - deyə Simonyan əlavə edib. 

Qeyd edək ki, Ermənistan paytaxt İrəvanın “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. Rus sərhədçilər 2024-cü il avqustun 1-nə qədər hava limanı ərazisini tərk edəcək. 

Qumral