-
- 28-03-2024, 12:50
- 365
Valyuta hərracıında tələb: 94,6 mln. ABŞ dolları
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
News24.az xəbər verir ki, hərracda tələb 94,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, martın 19-da hərracda tələb 93,0 mln. ABŞ dolları təşkil edib.
Günel Məlikzadə