“Ermənilərin şüuru zədəlidir”
    • 28-03-2024, 23:00
    • 173

“Ermənilərin şüuru zədəlidir”

“Paşinyan hesab edir ki, erməni xalqının şüuru zədəlidir. Onu bundan xilas etmək, müasir reallıqlara alışdırmaq lazımdır”.

News24.az bildirir ki, bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Paşinyan erməniləri bataqlıqdan çıxarmaq üçün son vaxtlar müsbət addımlar atmağa çalışır:

“O, öz xalqını çox yaxşı tanıyır. Bilir ki, ermənilərə imkan verilsə, bütün dünyaya ərazi iddiası irəli sürə bilərlər. Paşinyan realist siyasətçidir. Ona görə də çalışır ki, bu cür qüsurlu düşünən xalqı reallıqları düzgün qavrayan xalqa çevirsin. Həqiqətən də o, bu istiqamətdə addımlar atır. Çünki yalnız bu yolla sülhə nail olmaq olar”, - deyə politoloq bildirib.

Qeyd edək ki, Nikol Paşinyan hökumətin bu günkü iclasında Ermənistanın “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımadığını bildirib. O, separatçıların “rəhbəri” Samvel Şahramanyana “mühacirətdə olan Qarabağ hökuməti”nin İrəvanda fəaliyyət göstərməsi ilə bağlı verdiyi müsahibəyə görə xəbərdarlıq edib. Paşinyan çıxışı zamanı Ermənistanda yalnız bir hökumətin olduğunu bildirib.