Ərdoğanın kürəkəni onun yerinə prezident ola bilər
    • 30-03-2024, 21:30
    • 220

Ərdoğanın kürəkəni onun yerinə prezident ola bilər

Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatını (PUA) istehsal edən "Baykar" şirkətinin rəhbəri Səlcuq Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı postunda varisi ola bilər.

News24.az xəbər verir ki, bu fikri “The Wall Street Journal”ın (WSJ) köşə yazarı Jared Malsin bildirib.

Hazırda Türkiyə liderinin kürəkəni olan Bayraktarın Türkiyədə çox məşhur olduğu və onun namizədliyini dəstəkləyəcək tərəfdarlarının olduğu qeyd edilir.

Bayraktarın özü 2023-cü ilin payızında WSJ-yə verdiyi müsahibədə “siyasətlə fəal məşğul olmadığını” və heç bir siyasi ambisiyasının olmadığını, lakin Ərdoğanın ona belə bir xahişlə müraciət edəcəyi təqdirdə prezidentliyə namizəd ola biləcəyini istisna etməyib. O, bunun şəraitdən asılı olacağını qeyd edib.

Teymur MƏMMƏDOV