Azərbaycan komandası Fransada qızıl medal qazandı
    • 31-03-2024, 19:44
    • 247

Azərbaycan komandası Fransada qızıl medal qazandı



Azərbaycan komandası Fransada bədii gimnastika üzrə Qran-pridə qızıl medal qazanıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Fransanın Tiye şəhərində keçirilən bədii gimnastika üzrə 35-ci Beynəlxalq Qran-pri yarışında qrup hərəkətləri üzrə milli komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa ilə hərəkətlərin icrasında qızıl medal qazanıb.

Qeyd edək ki, martın 30-dan 31-dək Fransanın Tiye şəhərində bədii gimnastika üzrə Beynəlxalq Qran-pri keçirilir.