Ərdoğan partiya üzvlərinə ÇAĞIRIŞ ETDİ
    • 31-03-2024, 20:14
    • 169

Ərdoğan partiya üzvlərinə ÇAĞIRIŞ ETDİ


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yerli özünüidarə orqanlarına keçirilən seçkilərin başa çatmasından sonra partiya üzvlərinə çağırış edib.

News24.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Qiymətli yol və dava dostlarım, saat 17:00-dan etibarən bütün ölkədə səsvermə prosesi başa çatdı. İndi seçki qutularına və səslərə sahib çıxmaq vaxtıdır. Son səs sayılana və nəticələr tam elan olunana qədər bütün bacı və qardaşlarımdan cavabdeh olduqları seçki qutularını tərk etməmələrini, millətin iradəsinə sona qədər sahib sıxmalarını xahiş edirəm", - Türkiyə lideri deyib.