Ərdoğandan xaricdəki seçicilərə ÇAĞIRIŞ
    • 19-05-2023, 10:38
    • 136

Ərdoğandan xaricdəki seçicilərə ÇAĞIRIŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan seçicilərə müraciət edib. 

News24.az Türkiyə mətbuatına istinadla Ərdoğanın müraciətini təqdim edir.

“Xaricdə yaşayan əziz vətəndaşlarım, rekord fəallıqla seçki qutularını partlatdığınız seçkilərin birinci turunu uğurla başa vurduq. Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz. Şəxsimə və “Cümhur İttifaqı”na böyük lütf göstərdiniz. Siz terror təşkilatı üzvlərinin sizi qorxutmaq, təzyiq göstərmək, iradənizi qəsb etmək cəhdlərinə boyun əymədiniz. Siz türk demokratiyasının qüdrətini gücləndirdiniz, bir millət olaraq hamımızı qürurlandırdınız. Artıq hər biriniz öz adınızı siyasi tariximizə qızıl hərflərlə yazmısınız. Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Sabahdan (20 May, şənbə) xaricdə və gömrük qapılarında səsvermə başlayır. Olduğunuz ölkələrdəki seçki tarixlərini yaxından izləyərək demokratik hüququnuzdan istifadə etməyinizi xahiş edirəm. Sizdən, millətimizin xaricdəki nümayəndələrindən bir daha iradənizə güclü şəkildə sahib çıxacağınızı gözləyirəm. Bu sınaqdan vicdanla çıxacağımıza ürəkdən inanıram”, - Ərdoğan qeyd edib.

Turan