Bərdədə FACİƏ: 15 yaşlı oğlan yanaraq öldü
    • 1-04-2024, 12:56
    • 167

Bərdədə FACİƏ: 15 yaşlı oğlan yanaraq öldü

Bərdədə fərdi yaşayış evində yanğın olub.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2009-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.