Uçan avtomobil "ağızları açıq qoydu"
    • 1-04-2024, 17:37
    • 360

Uçan avtomobil "ağızları açıq qoydu"

160 at gücünə malik mühərriki və adi benzindən istifadə edərək, Aircar adlı uçan idman avtomobili Slovakiyanın paytaxtı Bratislava ilə Klein Vision şirkətinin baş ofisi arasında təxminən 90 kilometr məsafəni 35 dəqiqəyə uçub. 

News24.az xəbər verir ki, güclü mühərriki ilə yanaşı, Aircar-ın arxa pervanesi və qatlana bilən qanadları var. Lakin çatışmazlıq onun ən azı 300 metr uzunluğunda uçuş-enmə zolağı tələb etməsidir. 

İndi Hebei Jianxin Flying Car Technology Company adlı Çin şirkəti Aircar texnologiyasını və onun istehsal, istifadə hüquqlarını satın alıb.

Satış qiyməti barədə hələki məlumat yoxdur. Çində bu uçan avtomobillərin müəyyən bir coğrafi bölgədə istifadə edilməsi planlaşdırılır, lakin bu bölgə də hələ dəqiqləşdirilməyib. 

Günel Məlikzadə