Simonyandan qandonduran sözlər: “Uşaqları məhv edin”
    • 1-04-2024, 20:09
    • 201

Simonyandan qandonduran sözlər: “Uşaqları məhv edin”

Ukraynalı uşaqları öldürməyə çağırış edən Rusiya dövlət televiziyası “Russia Today”in (RT) erməni redaktoru Marqarita Simonyanın yeni cinayətləri sənədləşirilib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Xidmət bildirir ki, Simonyan Kremlin beynəlxalq ruporuna - RT kanalına rəhbərlik edir, bu, Prezident Vladimir Putinin təbliğat mediasının bir hissəsidir.

Məlumatda deyilir ki, yeni sənədləşdirilmiş cinayətlər arasında Marqarita Simonyanın 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı açıq çağırışları da var. Bundan əlavə, erməni jurnalist dəfələrlə Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün kampaniya aparıb.

İstintaqın məlumatına görə, Simonyan Ukraynada işğalı və hərbi cinayətləri ilk dəstəkləyənlərdən biri olub, mütəmadi olaraq öz Teleqram səhifəsi və Rusiya telekanallarında Kremlin tezislərini yayımlayıb.

Təhlükəsizlik Xidməti Simonyana Ukrayna Cinayət Məcəlləsinin 4 maddəsi üzrə cinayət işi açıb.

“Təqsirkar Rusiya Federasiyası ərazisində ədalətdən gizləndiyi üçün onun məsuliyyətə cəlb edilməsindən ötrü kompleks tədbirlər görülür”, - açıqlamada bildirilir.

SBU xatırladıb ki, 2023-cü ilin martında Simonyana Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd şübhəsi ilə bağlı artıq məlumat verilib.

Ukrayna Baş Prokurorluğu da Simonyanın Ukrayna sakinlərini məhv etməyə çağırdığını açıqlayıb. İstintaqın məlumatına görə, 2023-cü il dekabrın 23-də televiziyada Ukrayna sakinlərinin fiziki məhv edilməsinə çağırış edib.