-
- 2-04-2024, 13:26
- 298
Vəzifəli şəxs güllələndi - DƏHŞƏT -VİDEO
Meksikanın Quanaxuato əyalətinin Selaya bələdiyyəsinin merliyinə namizəd Berta Gisela Qaytan güllələnərək öldürülüb.
News24.az xəbər verir ki, bu barədə "Pais" qəzeti məlumat yayıb.
Məlumata görə, Qaytan bazar ertəsi onun partiyası olan Milli İntibah Hərəkatının (Morena) mitinqi zamanı dünyasını dəyişib.
Bildirlir ki, siyasətçinin tərəfdarlarının toplaşdığı mitinq zamanı ona 7 dəfə təş açılıb.
Qeyd edək ki, hücum zamanı daha 3 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə