AFFA rəhbərliyinə gətirilən Könül Mehtiyeva KİMDİR?
    • 2-04-2024, 14:47
    • 323

AFFA rəhbərliyinə gətirilən Könül Mehtiyeva KİMDİR?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) quruma yeni prezident seçilib, eyni zmanda vitse-prezidentlər müəyyənləşib.

AFFA-nın yeni prezidenti vəzifəsinə Rövşən Nəcəf, AFFA-nın İcraçı vitse-prezidenti vəzifəsinə Sərxan Hacıyev seçilib. Konül Mehtiyeva, Balakişi Qasımov və Elşad Nəsirov isə vitse-prezidentlər olublar. 

Bununla bağlı qərar bu gün qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

S.Hacıyev həmçinin müvəqqəti olaraq Baş katib vəzifəsini də icra edəcək.

Bəs kişilərlə birgə AFFA rəhbərliyinə gətirilən xanım kimdir?

News24.az Modern.az-a istinadla AFFA-nın yeni vitse-prezidenti Könül Mehtiyava haqında qısa dosyeni təqdim edir:

Könül Mehdiyeva 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Unviersitetinin Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr dərəcəsi alıb. 

2002-2007-ci illərdə AFFA-da (Baş katibliyin sənədlərin hazırlanması və daxil olan sənədlərin cavablandırılması) çalışıb.

2007-ci ildən isə Beynəlxalq Əlaqələr Departamentində beynəlxalq futbol qurumları (FİFA, UEFA və digər Konfederasiyalar və beynəxalq futbol təşkilatları) və FİFA və UEFA-ya üzv assosiasiyaları ilə kommunikasiya, FİFA və UEFA tərəfindən həyata keçirilən müxtəlif layihələrin həyata keçirilməsi, kurasiyası və hesabatı, müxtəlif beynəlxalq qurumlar (UNİCEF, Avropa Birliyi, Avropa Şurası və digər) ilə birgə həyata keçirilən layihələrin kurasiyası, AFFA-nın keçirdiyi beynəlxalq tədbirlərin sifariş kitablarının hazırlanmasının koordinasiyası və tədbirlər keçirildiyi zaman müəyyən sahələrin kurasiyası (2012 FİFA U-17 Qadınlararası Dünya Çempionatı, 2016 UEFA U-17 Avropa Çempionatı, 2019 UEFA Avropa Liqasının final oyunu, UEFA AVRO 2020) ilə məşğul olub.

2020-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür.

2015-ci ildən (UEFA-nın ən yüksək qərar qəbul edən nümayəndəsi, oyun və turnirlərin UEFA və FİFA-nın tələb və nizamnamələrinə uyğun olaraq keçirilməsi) - UEFA tərəfindən təşkil edilən 50-dən çox oyun və turnirlərə, o cümlədən UEFA Çempionlar və Avropa Liqasının seçmə və qrup mərhələsi, FİFA Dünya Çempionatının və UEFA Avropa Çempionatının seçmə mərhələsi, UEFA Millətlər Liqasının seçmə mərhələsi, UEFA U-19 və U-17 Avropa Çempionatlarının Elit və seçmə mərhələsi turnirləri, UEFA Qadınlardan ibarət Çempionlar Liqasının yarımfinal və Final oyunlarına UEFA nümayəndəsi kimi təyinat alır.

K.Mehtiyeva son təyinatadək AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri vəzifəsini tutub.