"10 500-dən çox dinc sakin öldü"
    • 2-04-2024, 21:00
    • 128

"10 500-dən çox dinc sakin öldü"

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Rusiya ilə müharibənin davam etdiyi Ukraynada 10 min 500-dən çox mülki şəxsin öldüyünü, 20 mindən çox insanın isə yaralandığını qeyd edib.

News24.az xəbər verir ki, o bunu BMT İnsan Haqları Şurasının 55-ci Sessiyası çərçivəsində "Ukraynada insan haqları" başlığı altında interaktiv dialoq toplantısında deyib.

2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsinin iki ili geridə qoyduğunu xatırladan Türk, bu prosesin böyük ağrı və itkilərlə keçdiyini bildirib.

Türk, ötən həftədən etibarən Ukrayna daxilində qarşıdurmaların artdığını və ukraynalı uşaqların öz dillərində təhsil almaq hüququndan məhrum edildiyini də vurğulayıb.

Günel Məlikzadə