-
- 3-04-2024, 11:30
- 386
Forbes-də Türkiyədən 27 milyarder
Bu il Türkiyədən 27 ad Forbesin Milyarderlər siyahısına daxil edilib.
News24.az xəbər verir ki, Yıldız Holdinq İdarə Heyətinin üzvü Murat Ülker 5,1 milyard dollarlıq sərvətlə Türkiyənin ən zəngin adamıdır. Siyahıda 597-ci yerdədir.
Ülkerdən sonra 3,5 milyard dollar sərvətlə Kazancı Holdinq İdarə Heyətinin sədri Cəmil Kazancı, 3,1 milyard dollar sərvətlə Koç Holdinq İdarə Heyətinin üzvü İpek Kıraç, 3 milyard dollar sərvətlə Koç Holdinq İdarə Heyətinin üzvü Semahat Arsel və 2,8 milyard dollarlıq sərvətlə Erdemoğlu Holdinq İdarə heyəti Başçısı İbrahim Erdemoğlu izlədi.
2021 və 2022-ci illərdə gəlir vergisi rekordçusu olan Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və vergi siyahısında ikinci olan Baykar baş direktoru Haluk Bayraktar bu il Forbes siyahısına qatılacaq yeni adlardır. 34 ölkəyə ixrac edərək dünyanın ən böyük PUA ixracatçısına çevrilən Baykar, gəlirlərinin 90 faizindən çoxunu ixracatdan əldə edir.
Türk milyarderlərinin ümumi sərvəti təxminən 56,1 milyard dollar olaraq hesablanıb.
Günel Məlikzadə