Dünyanın ən zəngin adamı - FOTO
    • 3-04-2024, 10:59
    • 283

Dünyanın ən zəngin adamı - FOTO

Lüks mallar nəhəngi LVMH-nin CEO-su Bernard Arnault  ikinci dəfə dünyanın ən varlı adamı kimi siyahıya başçılıq edir.

News24.az xəbər verir ki,  onun 233 milyard dollar sərvəti var.

Louis Vuitton, Tiffany & Co, Christian Dior və Sephora kimi markaların sahibi olan şirkətin meneceri Arnaultun sərvəti keçən illə müqayisədə 22 milyard dollar artıb.

Qeyd edək ki, siyahıda ikinci yerdə Tesla və SpaceX-in baş direktoru İlon Mask 195 milyard dollar sərvətlə, üçüncü yerdə isə ABŞ e-ticarət nəhəngi Amazon-un qurucusu Ceff Bezos 194 milyard dollar sərvətlə qərarlaşıb.

Günel Məlikzadə