ABŞ-da KRİTİK seçki
    • 3-04-2024, 13:27
    • 132

ABŞ-da KRİTİK seçki

ABŞ tarixinin ən kritik və maraqlı prezident seçkilərindən birinə 7 ay qalıb. 

News24.az xəbər verir ki, ABŞ-da prezidentliyə namizədlərin müəyyənləşəcəyi ilkin seçki prosesinin yarısı başa çatıb.

Yanvar ayında başlayan ilkin seçki prosesində seçicilər iyun ayına qədər seçkilərə gedəcəklər.

Nyu-Yorkda da seçki qutuları qurulub və seçicilər irəli sürmək istədikləri namizədə səs verirlər.

Digər tərəfdən, Demokratlar Partiyasında prezident Bayden və Respublikaçılar Partiyasında keçmiş prezident Tramp namizədlik üçün kifayət qədər nümayəndə sayına çatdığından yarış bir formallıq kimi qiymətləndirilir.

Günel Məlikzadə