Oğullarım “Barbi” filminə nifrət etdi! - Şakira
    • 3-04-2024, 14:31
    • 157

Oğullarım “Barbi” filminə nifrət etdi! - Şakira

Jerar Pikedən ayrıldıqdan sonra uzun müddət gündəmdə qalan və albomunun reklamı ilə bağlı tez-tez açıqlamalar verən Şakira oğullarının Barbi filmini heç bəyənmədiyini deyib. 

News24.az xəbər verir ki, müğənni qadın və kişilərin cəmiyyətdəki rolları haqqında da diqqətçəkən açıqlamalar verib.

"Allure" jurnalına danışan müğənni filmə oğulları ilə birlikdə baxdığını deyib:

"Oğullarım filmə nifrət etdilər. Deyirlər ki, bu film kişiləri zəif göstərir. Mənə elə gəlir ki,onlar haqlıdırlar. İki oğlan böyüdürəm. İstəyirəm ki, qadınlara hörmət edərək, özlərini güclü hiss etsinlər”,- deyə o bildirib.

Mehriban Mirzəzadə