"Facebook" istifadəçilərinin şəxsi məlumatlarını satdı?
    • 3-04-2024, 14:32
    • 112

"Facebook" istifadəçilərinin şəxsi məlumatlarını satdı?

Keçən həftə açıqlanan məhkəmə sənədləri Meta-nın Netflix-ə Facebook istifadəçisinin mesajlarını görməyə icazə verdiyini ortaya qoydu.

News24.az xəbər verir ki, sənədlər Maximilian Klein və Sarah Grabert tərəfindən Meta-ya qarşı açılan böyük antiinhisar iddiasında ortaya çıxdı.

Sənədlərdə iddia olunur ki, Hastings Facebook-un idarə heyətinə daxil olduqdan sonra "Inbox API" adlı müqavilə "bir ay ərzində" imzalanıb. Sənədə əsasən, bu müqavilə Netflix-ə Facebook istifadəçisinin şəxsi mesaj qutularına proqramlı şəkildə daxil olmaq imkanı verib.

Bundan əlavə, Fox Business-ə görə, Facebook Netflix-dən milyonlarla dollar reklam gəliri qazanıb.

Günel Məlikzadə