Norveç parlamentində bomba təhlükəsi
    • 3-04-2024, 17:30
    • 108

Norveç parlamentində bomba təhlükəsi

Norveç parlamentində bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. 

News24.az xəbər verir ki, bu barədə yerli “VG” qəzeti məlumat yayıb.

Məlumata görə, binanın ətrafında əhəmiyyətli ərazi bloklanıb, giriş-çıxışlar bağlanıb. Oslo polis rəisi Sven Bjelland qeyd edib ki, əvvəlcə təhdid məktubu alınıb, bu məktub zarafat olduğu ehtimal edilib, lakin sonradan yeni təhdid alınıb.

Polis Parlament Evinin ətrafındakı ərazini mühasirəyə alıb və iyləyici itlərin köməyi ilə İdesvol meydanında axtarış aparıb. Parlamentə təhdidlərin kimdən gəldiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə