İsraildə İran panikası
    • 4-04-2024, 09:06
    • 182

İsraildə İran panikası

İsrail mediası İranın hədələrindən sonra Böyük Təl-Əviv Bölgəsində yerli hakimiyyət orqanlarının sığınacaqlar açmağı nəzərdən keçirdiyini bildirib.

News24.az xəbər verir ki, İsrail mərkəzli "Walla" saytındakı xəbərdə, təhlükəsizlik gərginliyindən sonra Quş Danda (Böyük Tel-Əviv Bölgəsi) bir çox yerli hakimiyyətin bu gecə sığınacaq açmağı düşündüyü bildirilib.

Kanal 12 televiziyasının məlumatına görə, İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş direktoru Amos Yadlin, "İran İsrailə birbaşa raket atsa, təəccüblənmərəm" deyib. 

Yadlin, "Hizbullah bəlkə də Ramazan ayının son cümə günü, yəni düz iki gün sonra müharibəyə başlamaq əmri almış ola bilər" deyə əlavə etdi.

"Maariv” qəzeti İranın tezliklə qisas alması ehtimalı səbəbindən İsrail Hərbi Hava Qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazıb.

Kanal 13-ün hərbi şərhçisi Alon Ben David deyib: "İsrail iranlıların əvvəlki dövrlərə nisbətən bu dəfə cavab verməkdə daha qətiyyətli olduğunu bilir". 

Günel Məlikzadə