"Mən Moskvadakı evimdəyəm" - Rəqsanə İsmayılova DANIŞDI
    • 4-04-2024, 16:34
    • 181

"Mən Moskvadakı evimdəyəm" - Rəqsanə İsmayılova DANIŞDI

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında Moskvada saxlanılması barədə xəbərlərə reaksiya verib.

News24.az-ın xəbərinə görə, o hazırda evində olduğunu açıqlayıb:

“Mən Moskvadakı evimdəyəm. Ayın 10-dan sonra Azərbaycana gələcəm. Xahiş edirəm, haqqımda boş-boş xəbərlər yaymayın, Mənim üçün narahat olanlara minnətdaram”.

Qeyd edək ki, bu gün Rusiya mətbuatında azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi - “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə məlumat yayılıb.