"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurdu
    • 4-04-2024, 18:26
    • 285

"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurdu

“Qarabağ”ın keçmiş futbolçusu Tarik Elyunissi karyerasını başa vurub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı instaqram səhifəsində paylaşım edən Elyunissi legioner həyatı yaşadığı ölkələrin dilində təşəkkür edib. Bununla yanaşı, oynadığı müxtəlif klubların formasında fotolarını paylaşmağı da unutmayıb:

“Hər şeyin bir sonu var. Artıq geri çəkilmək vaxtım gəldi. Bu, xüsusi bir imtiyaz oldu. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram!"

Qeyd edək ki, 36 yaşlı sabiq futbolçu “Fredrikstad”, “Heerenven”, “Lillestrom”, “Rusenborq”, “Hoffenhaym”, “Olimpiakos”, AİK, “Şonan Bellmare”də oynayıb. O, 2017/2018 mövsümündə “Olimpiakos”dan “Qarabağ”a icarəyə verilib.