Məşhur biznesmenin oteldə meyiti tapıldı
    • 4-04-2024, 23:00
    • 295

Məşhur biznesmenin oteldə meyiti tapıldı

Yaponiyanın “Yamaha Music” şirkətinin baş direktoru və Moskva Konservatoriyasının qəyyumlar şurasının üzvü Aoki Jun Moskva mehmanxanasında ölü tapılıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, Kutuzovski prospektində yerləşən “Radisson Royal” otelində (keçmiş “Ukrayna” oteli) 55 yaşlı yapon iş adamının meyiti aşkar edilib.

Məlumata görə, kişi bir neçə gündür əlaqə saxlamayıb, dostları polisə müraciət edib. Nəticədə iş adamının meyiti aprelin 2-də günorta saatlarında tapılıb.