Bakıdakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub
    • 5-04-2024, 09:16
    • 127

Bakıdakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub

Nərimanov rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsində yaralananların kimliyi məlum olub.

News24.az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzasında 1999-cu il təvəllüdlü Behbud İsa oğlu Hüseynov, eyni təvəllüdlü Vüsal Şöhrət oğlu Abdullazadə, habelə 1982-ci il təvəllüdlü Fazil Musa oğlu Abbasov və 1995-ci il təvəllüdlü Emil Rizvan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.