İstivurmadan 123 nəfər öldü
    • Bu gün, 12:27
    • 54

İstivurmadan 123 nəfər öldü

Yaponiyada yayın əvvəlindən təsirli olan həddindən artıq istilərin fəsadları aydınlaşmağa başlayıb.

News24.az xəbər verir ki, Tokio Ədli Tibb İnstitutundan verilən açıqlamada, keçən ay metropolda 123 nəfərin istivurması nəticəsində öldüyü bildirilib.

2-si istisna olmaqla, bütün ölüm hallarının qapalı ərazilərdə qeydə alındığı bildirilib, həyatını itirənlərin çoxunun kondisionerdən istifadə etmədiyi qeyd edilib.

Bildirilib ki, iyul ayında Tokioda istilvurması nəticəsində ölənlərin sayı 2018-ci ildə qeydə alınan 127 ölümdən sonra ən yüksək göstəricidir.

Mütəxəssislər həddindən artıq istilərlə bağlı xəbərdarlıq edərək insanları zərurət olmadıqca küçəyə çıxmamağa, qapalı yerlərdə kondisionerdən istifadə etməyə və bol su içməyə çağırıblar.


Günel Məlikzadə