"Səviyyəli bir universitet yaratmalıyıq"
    • 5-04-2024, 11:36
    • 78

"Səviyyəli bir universitet yaratmalıyıq"

"Bu gün Azərbaycan üçün aktual məsələ Qarabağ və Azərbaycan-Türkiyə Universitetidir”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa  deyib.

“Biz Azərbaycan-Türkiyə universitetini necə təsəvvür edirik? Bu gün texniki ixtisaslara ehtiyac var. Bu universitetin kampusu üçün 170 hektar yer ayrılıb, amma biz bilmirik hansı bina seçilib. Tək qardaşlıq naminə yox, həm də səviyyəli bir universitet yaratmalıyıq. Sentyabrda dərs başlıyacaq, amma binanı seçməmişik. Qazaxa qədər geniş ərazi var, 250-300  hektar yer ayırsaq, o ərazidə kampus tiksək, bu, həm də ölkənin qazancına xeyir edər. Eyni zamanda Qarabağa Universiteti, əgər ənənəvi universitet formasında yaradılacaqsa, çox inkişaf etməyəcəyik”.

"Biz universitet yaratma prosesini regionlara daşımalıyıq. Türkiyə ilə ortaq universiteti Qazaxda yarada bilərik, bu, bizim xeyrimizə olar. İkincisi, Qarabağda fərqli universitet yaratmalıyıq. Silikon vadisinə bənzər universitet yaratmalıyıq ki, dünyanın fərqli yerlərindən orda gəlib təhsil alsınlar. Biz yetkin büdcəyə sahib olmalıyıq, xarici mütəxəssisləri cəlb etməliyik", - deyə deputat bildirib.

Qumral