Məşhur ulduz: "Modellik edərkən mənə təcavüz etdilər" - FOTO
    • 6-04-2024, 15:25
    • 159

Məşhur ulduz: "Modellik edərkən mənə təcavüz etdilər" - FOTO

Black Mirror, The Hunger Games, Smallville və Blue Mountain State kimi filmləri ilə tanınan aktyor Alan Riçson modellik illərində cinsi təcavüzə məruz qaldığını və hətta intihara yaxınlaşdığını bildirib.

News24.az xəbər verir ki, 41 yaşlı ulduz modellərin seksual obyekt kimi təqdim edildiyini və o, "cinsi qısnamanın adi olduğu dəhşətli mühitlərdə" işləməli olduğunu bildirib.

“Hollywood Reporter”ə danışan Riçson fotosessiya zamanı məşhur fotoqraf tərəfindən təqiblərə məruz qaldığını bildirib. Aktyor model agentliyinə zəng edib, "Dedim ki, bir daha mənə zəng etməsinlər. Sektoru tərk etdim. Bu, etdiyim son fotosessiya idi. O fotolar heç dərc olunmadı".

Günel Məlikzadə