İstanbula yaxın gəzməli 5 yer - FOTOlar
    • 6-04-2024, 21:00
    • 427

İstanbula yaxın gəzməli 5 yer - FOTOlar

Bayramlar şəhərdən uzaqlaşmaq və yeni yerlər kəşf etmək üçün əla vaxtdır. 

News24.az bayramda İstanbula yaxın gəzməli yerləri təqdim edir:

ABANT GÖLÜ

İstirahətinizi yaşıllıqlar içində keçirmək istəyirsinizsə, Bolu Abant bunun üçün mükəmməl yerdir. İstanbula 300 km məsafədə olan Abant, İstanbulun səs-küyündən uzaq, təbiətlə baş-başa istirahət edə biləcəyiniz bir yerdir.

ADALAR

İstanbulun trafikindən və sıx iş qrafikindən uzaqda ilk ağla gələn yerlər adalardır. Böyükada, Heybeliada, Burgazada və Kınalıadadan ibarət adalar hər gün minlərlə qonağı qəbul edir.

Tarixi ekskursiyalarla yanaşı, xarici turistlərin də üz tutduqları yerlərdən biri olan Adalarda muzeylərə gedə, velosiped icarəyə götürə və ya elektrikli nəqliyyat vasitələri ilə turlar təşkil edə bilərsiniz.

AGVA

Ağva, iki çay arasında sıxışmış yaşıl meşəsi və mavi dənizi ilə Şilənin yay kəndidir. 25 km uzunluğunda çimərlikdə gəzə bilərsiniz.

Təzə və dadlı balıqları ilə məşhur olan Ağvada çoxlu balıq seçimləri var. Çayın kənarındakı restoranlarda nahar edərkən çayın bənzərsiz gözəlliyindən həzz ala bilərsiniz.

ŞİLE

Ağvaya gedərkən mütləq Şilədə dayanmalısınız. Şile Deniz Feneri mütləq görülməli yerlərdən biridir.

AVŞA ADASI

Mərmərə dənizinin cənub-qərbində yerləşən bu füsunkar ada ailənizlə vaxt keçirmək üçün idealdır. Avşa təmiz çimərliyi, dənizi və sakitliyi ilə sizi özünə cəlb edəcək.

Avşa adasında velosiped turlarına qatılaraq Yunan və Bizans təsirlərinin hakim olduğu yerləri görə bilərsiniz. Adanın məşhur şərablarını dada biləcəyiniz bir çox yer tapa bilərsiniz.

Günel Məlikzadə