"SOVETSKİ"DƏ SÖKÜLƏN BİNA -TARİXƏ VURULAN ZƏRBƏ
    • 7-04-2024, 12:33
    • 359

"SOVETSKİ"DƏ SÖKÜLƏN BİNA -TARİXƏ VURULAN ZƏRBƏ

Bir neçə gündür “Sovetski”də Avropa liseyinin yaxınlığında aparılan söküntü qədimi quyuları üzə çıxarıb. İllər əvvəl bu quyulardan istifadə olunub. Amma indi mənzərə var istifadəsi isə mümkünsüz.

R TV xəbər verir ki, sosial şəbəkədə jurnalist Həmid Həmidov  öz şəxsi “facebook” hesabında belə bir paylaşım edib. 

"Sovetski”də söküntüsü aparılan avropa liseyinin yaxınlığında qədim quyular üzə çıxarıb.

Xatırlayırsınızsa, yaxınlıqda Mərkəzi Parkın tikintisi aparılan zaman belə bir quyular üzə çıxmışdı və bu quyuların bir neçəsi qorunub saxlanılmışdı.

Amma bu dəfə yerli əhalinin dediyinə görə, heç kim qədim quyuları qoruyub saxlamır. Hər yer söküldü, basdırıldı, divarlar hörüldü... Bakının tarixi ən vandal şəkildə məhv edilməkdə davam edir” deyə paylaşımda qeyd olunub.

Aslan Nadiroğlu