Türkiyə-Ukrayna ticarətində yeni dövr
    • Dünən, 22:13
    • 69

Türkiyə-Ukrayna ticarətində yeni dövr

3 fevral 2022-ci il tarixində Ukraynanın paytaxtı Kiyevdə imzalanan Türkiyə-Ukrayna Azad Ticarət Müqaviləsi ilə bağlı tənzimləmənin Rəsmi Qəzetdə dərc edilməsi ilə yeni dövr başlayıb.

News24.az xəbər verir ki, saziş gömrük rüsumlarının və daşıma kvotalarının götürülməsindən tutmuş, qarşılıqlı investisiyaların təşviqi və qorunmasına qədər bir çox məsələləri əhatə edib.

Türkiyədən Ukraynaya ixrac, keçən il əvvəlki ilə nisbətən 20,4 faiz artaraq 2,7 milyard dollara çatıb. 2022-ci ildə Türkiyədən Ukraynaya ixracat təxminən 2,3 milyard dollar olaraq qeyd edilib.

Bu ilin birinci yarısında Türkiyənin sözügedən ölkəyə ixracı 1,5 milyard dollar, bu ölkədən idxalı isə 1,4 milyard dollar təşkil edib. Eyni dövrdə ikitərəfli ticarət həcmi 2,9 milyard dollar olaraq hesablanıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanan razılaşma çərçivəsində türk ixracatçıları üzərindəki gömrük rüsumları böyük ölçüdə aradan qaldırılacaq. Ukraynadan gələn kənd təsərrüfatı və sənaye məhsullarının əhəmiyyətli bir hissəsində liberallaşmaya nail olunacaq. Beləliklə, iki ölkə arasında ticarət xərcləri azalacaq və ticarət həcmi artacaq.

Müqavilə ilə Türkiyə üçün həssas olan bəzi kənd təsərrüfatı və dəmir-polad məhsullarına da vergi endirimləri tətbiq ediləcək.

Avropa Birliyi (AB) ixracatçıları ilə oxşar şərtlərdə rəqabət aparmaq imkanı qazanacaq türk şirkətləri üçün bazar itkisinin qarşısı alınacaq.

Bundan əlavə, Türk iş dünyasının Ukraynada fəaliyyət göstərdiyi tikinti, turizm, istehsal, topdan və pərakəndə satış kimi bütün sektorlarda qarşılıqlı sərmayələri, investisiya ilə bağlı əməliyyatları və inzibati prosesləri təşviq etmək və qorumaq məqsədi daşıyan müqavilənin qüvvəyə minməsi ilə , əczaçılıq, tekstil, enerji, yük və sərnişin daşımaları şəffaf və proqnozlaşdırıla bilən qaydalar əsasında sadələşdiriləcək.

Məryəm İlhamqızı