Təyyarə radarlardan İTDİ
    • Dünən, 22:51
    • 96

Təyyarə radarlardan İTDİ

Primorsk diyarında özəl yüngül təyyarə radarlardan itib. 

News24.az xəbər verir ki, içərisində iki nəfər olub.

“İlkin məlumatlara görə, bu gün günorta saatlarında Primorsk diyarındakı Novorossiya eniş meydançasından təqribən 30 km aralıda Bristel RGRA-5500G yüngül mühərrikli təyyarə ilə əlaqə kəsilib”, - hesabatda deyilib.

Qeyd olunur ki, təyyarə Saxalin vilayətindəki “Puşisti” eniş meydançasından Primorsk diyarındakı “Novorossiya” eniş meydançasına uçub. 

Təyyarənin itməsi ilə əlaqədar axtarış-xilasetmə tədbirləri təşkil edilib.

Məryəm İlhamqızı