Leonardo Di Kaprio XƏSARƏT ALDI
    • Dünən, 22:39
    • 61

Leonardo Di Kaprio XƏSARƏT ALDI

Hollivud aktyoru Leonardo Di Kaprio Sardiniyada istirahətdə olarkən xəsarət alıb.

News24.az xəbər verir ki, ötən gün Leonardo Di Kaprio, sevgilisi model Vittoria Ceretti və dostları ilə yaxtaya çıxıb. Aktyor Aralıq dənizində çimərkən onu meduza sancıb.

Paparazzilər Di Kaprionu lentə alarkən ayağındakı qırmızı ləkəni araşdırıblar. Jurnalistlərin sözlərinə görə, aktyorun yarası tez sağalıb və o, demək olar ki, xəsarət almayıb.

Xatırladaq ki, Leonardo Di Kaprionun model Vittoria Ceretti ilə romantikasına dair şayiələr 2023-cü ilin mayında ortaya çıxıb.

Məryəm İlhamqızı