Təyyarədə şiddətli turbulent - YARALILAR VAR
    • Dünən, 23:12
    • 91

Təyyarədə şiddətli turbulent - YARALILAR VAR

Koreya Hava Yollarına məxsus sərnişin təyyarəsi Cənubi Koreyadan Monqolustana uçarkən güclü turbulentə məruz qalıb. 

News24.az xəbər verir ki, Koreya Hava Yolları tərəfindən edilən açıqlamada, Seul yaxınlığındakı İnçeon Beynəlxalq Hava Limanından havaya qalxan və Ulan-Batorun Çingiz Xan Beynəlxalq Hava Limanına doğru hərəkət edən KE197 saylı uçuşdan 1 saat sonra Çinin Tianjin hava limanının səmasında şiddətli turbulentin meydana gəldiyi bildirilib. 

Açıqlamada təqribən 15 saniyə davam edən şiddətli silkələnmə zamanı 10 sərnişin və 4 ekipaj üzvünün yüngül xəsarət aldığı, hadisədən sonra təyyarədə yemək xidmətinin dayandırıldığı və sərnişinlərə təyyarənin təhlükəsizlik kəmərlərini bağlamaq göstərişi verildiyi bildirilib. Yaralılara ilkin tibbi yardım isə Ulan-Batora endikdən sonra Çingiz Xan Beynəlxalq Hava Limanında gözləyən tibb işçiləri tərəfindən edilib.

Məryəm İlhamqızı