Superkubokun tarixi dəyişmədi
    • 23-03-2024, 11:20
    • 256

Superkubokun tarixi dəyişmədi

Türkiyə Futbol Federasiyası (TFF) Fənərbaxça klubunun təxirə salınmasını tələb etdiyi 2023 Turkcell Super Kubokunun daha əvvəl açıqlanan tarixdə oynanılacağını açıqlayıb.

News24.az xəbər verir ki, TFF-dən edilən şərhdə, "2022-2023 mövsümü Super Liqa çempionu Qalatasaray və 2022-2023 mövsümü arasında Ziraat Türkiyə Kuboku Çempionu Fənərbaxça klubları arasında 2023 Turkcell Super Kuboku yarışması daha əvvəl elan edildiyi kimi 7 Aprel 2024, Şanlıurfa 11 Nisan Stadionunda saat 21.30-da oynanılacaq" ifadələrdən istifadə edilmişdir.