2024-cü ilin ilk Günəş tutulması - FOTOlar
    • 9-04-2024, 09:01
    • 106

2024-cü ilin ilk Günəş tutulması - FOTOlar

2024-cü ilin ilk Günəş tutulması Meksikadan, ABŞ-ın şərq hissəsindən və Kanadanın cənub-şərqindən göründü.

News24.az xəbər verir ki, Şimali Amerikada minlərlə teleskop tam tutulma üçün günəşə doğru yönəldildiyi halda, on minlərlə insan tutulmanı izləmək üçün açıq ərazilərə axışıb.

Amerika Aeronavtika və Kosmik Agentliyi NASA günəş müşahidə teleskoplarından xüsusi görüntülər paylaşıb.

Qeyd edək ki, 2024-cü ildə səmada 2 ay tutulması, 4 super ay, 12 tam ay və 10-dan çox meteor yağışı görünəcək. 

Günel Məlikzadə