Ermənistanda Rusiya telekanallarının yayımı DAYANDIRILA bilər
    • 10-04-2024, 18:58
    • 95

Ermənistanda Rusiya telekanallarının yayımı DAYANDIRILA bilər


Ermənistan Rusiya telekanallarının yayımını tənzimləyən sazişi birtərəfli qaydada ləğv edə bilər.

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu respublikanın yüksək texnologiyalar sənayesi naziri bildirib.

O qeyd edib ki, Ermənistan nümayəndə heyəti Moskvada Rusiya yayımı ilə bağlı məsləhətləşmələr aparıb, lakin konsensus əldə olunmayıb.

Nazirin sözlərinə görə, bunun nəticəsi olaraq rusiyalı aparıcı Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb.