Səma ilə atasının axtarışları davam edir – FOTOlar
    • 13-04-2024, 19:30
    • 154

Səma ilə atasının axtarışları davam edir – FOTOlar

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Kürün Ağcəbədi rayonundan keçən hissəsində ata və qızının axtarışlarına cəlb olunub. 

News24.az xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat yayıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Zərdabın Qoruqbağı kənd sakini 6 yaşlı Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı Kür çayında batıblar. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Onların hər ikisi suda boğulublar.