SON DƏQİQƏ! Hərbi əməliyyatlar başlaya bilər
    • 9-04-2024, 20:09
    • 405

SON DƏQİQƏ! Hərbi əməliyyatlar başlaya bilər

“İranla müharibə istəmirik”.

News24.az musavat.com-a istinadla xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz deyib.

Nazir xəbərdarlıq edib ki, əgər İsrail İran tərəfindən birbaşa hücuma məruz qalsa, buna mütləq cavab verəcək.

Onun sözlərinə görə, Tehran hərəkətə keçərsə, Tel-Əviv hərbi əməliyyatlara başlaya bilər:

"Əgər Dəməşq hadisəsinin qisası kimi Təl-Əvivə raketlər uçsa, İsrail ordusu və qırıcılar İrana qarşı yönələcək".

Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan sonra İran cavab addımı atacağına söz verib. İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib: “Sionist rejimin səfirlikləri artıq təhlükəsiz deyil”.