Helikopter qəzaya uğradı, ÖLƏNLƏR VAR
    • 15-04-2024, 11:09
    • 213

Helikopter qəzaya uğradı, ÖLƏNLƏR VAR

Meksikanın paytaxtı Mexikoda helikopter  qəzaya uğrayıb. Qəza nəticəsində üç nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço sosial şəbəkədə açıqlayıb.

“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükəyə məruz qalmayıb”, - məmur bildirib.

O hadisənin paytaxt bölgənin Koyoakan yaşayış məntəqəsində baş verdiyini qeyd edib.

Mehriban Mirzəzadə