Tovuzda 23 yaşlı oğlan bıçaqlanıb
    • 16-04-2024, 08:17
    • 77

Tovuzda 23 yaşlı oğlan bıçaqlanıb



Tovuzda bıçaqlanma baş verib.

News24.az bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü A.Paşayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib vəziyyətinin kafi olduğu bidlirilir.

23 yaşlı oğlanın hansı şəraitdə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.