HƏMAS İsrailə güzəştə getməkdən imtina etdi
    • 16-04-2024, 15:18
    • 95

HƏMAS İsrailə güzəştə getməkdən imtina etdi

Fələstin hərəkatının rəsmi nümayəndəsi İzzat ər-Rişq bildirib ki, HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə dialoqda güzəştə getməyəcək və bu ölkənin ordusunun Fələstin anklavından tamamilə çıxarılması tələbindən əl çəkməyəcək.

News24.az xəbər verir ki, bu barədə o Telegram hesabında yazıb.

Onun sözlərinə görə, Fələstin xalqının müdafiəsi üçün yeganə təminat tam atəşkəsdir. İzzat ər-Rişq əlavə edib ki, HƏMAS İsrail qüvvələrinin Qəzzadan tamamilə çıxarılması və köçkünlərin anklavın şimal bölgələrinə sərbəst qayıtması zərurəti məsələsində hər hansı güzəştə getməkdən imtina edir.

Bundan əvvəl HƏMAS-ın yüksək rütbəli rəsmisi İsraillə razılaşmaya əsasən mübadilə üçün kriteriyalara cavab verəcək 40 canlı girovun olmadığını bildirmişdi.

Mehriban Mirzəzadə