HƏMAS və İsrail razılaşmır:
    • 28-12-2023, 13:56
    • 135

HƏMAS və İsrail razılaşmır: "müharibə regiona yayılacaq"

HƏMAS və İsrail qeyri-mümkün şərtlər irəli sürdükləri üçün Qəzza zolağında davamlı atəşkəsə nail olmaqdan uzaqdırlar. 

News24.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, hərbi əməliyyatların uzanması səbəbindən münaqişənin bütün regiona yayıla biləcəyi qorxusu var.

Bundan əvvəl Fələstin hərəkatının rəhbərliyinin üzvü Usamə Həmdan bildirmişdi ki, HƏMAS bir neçə ölkədən Qəzzada saxlanılan girovların dəyişdirilməsi ilə bağlı İsraillə danışıqların təşkili ilə bağlı təkliflər alıb.

Ayşən