-
- 16-04-2024, 20:20
- 422
Nəyə görə ürəyi sağlam insan qəfildən ölür?
Son ana qədər ürəyindən şikayət olmayan və qəfil ürək tutmasından ölən insanların ölüm səbəbi nədir?
News24.az “Medicina”-a istinadla xəbər verir ki, kardioloq Albina Rahmatulina ürəyin qəfil dayanmasının səbəblərini açıqlayıb.
“Ürəyin qəfil dayanması gözlənilməz, ani ölümdür, kəskin simptomlar başlayandan 1 saat ərzində baş verir. Burda o faktı nəzərə almaq lazımdır ki, burda əsas faktor hansısa səbəb yox, elə ürəyin birinci dayanması durur.
Gənc insanlarda bunun səbəbi ürək ritminin ciddi pozulması- aritmiyadır.
Aritmiya genetik mutasiyalar, ürəyin zədələnməsi, alkoqol, narkotik və ağır işdən, hətta idmandan ola bilər.
Əgər ailə, nəsil üzvlərində qəfil ürəkgetmə, huşun itməsi epizodları, qəflətən ürək dayanmasından ölüm olubsa, bu ailədə gənclər risk qrupunda ola bilər.
Qəfil ürək dayanmasının əlamətləri: sinədə küt ağrı, təngnəfəslik, başgicəllənmə, huşun itməsi, nəbzin hədsiz artıb sonra itməsi və ani tərləmə.
Pasiyentlər bu vəziyyətə ildırım sürətilə düşür, öncədən heç bir xəbərdaredici siqnal, əlamət olmur və sağlam hesab olunurlar.
Profilaktika üçün sağlam olsanız da ildə 2 dəfə ürəyi yoxlatmaq, siqaretdən imtina, fiziki aktivliyi azaltmaq və aritmiya varsa, müalicə, lazım gələrsə, invaziv əməliyyat olunmaq”.