Bakıda yanan evdən içi pulla dolu seyf oğurlandı
    • 17-04-2024, 10:00
    • 104

Bakıda yanan evdən içi pulla dolu seyf oğurlandı

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evlərin birində yanğın baş verib. Nəticədə 150 kvm. sahədə yanar konstruksiyalar yanıb. 

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.