İsrail mətbuatı: Qərar verildi
    • 17-04-2024, 10:34
    • 200

İsrail mətbuatı: Qərar verildi

İsrail Ordusunun sözçüsü Daniel Hagari, "İsrail Hayom" qəzetinə verdiyi açıqlamada, "Belə bir hücuma cavab verməmək mümkün deyil. Seçdiyimiz yerdə və vaxtda hərəkətə keçəcəyik və bununla bağlı hər hansı sözə ehtiyac yoxdur" dedi. 

News24.az xəbər verir ki, İranın İsrailə hücumunun "uğursuz" olduğunu qeyd edən Hagari, "Bunun (İran hücumunun) qarşısı İsrailin müdafiə sənayesində illər boyu topladığı imkanlar sayəsində alındı. Bu, tarixi hava hücumundan müdafiə müharibəsi sayəsində dayandırıldı. Bir çox variantımız var, düzgün şəkildə, lazımi zamanda hərəkət edəcəyik. Bu mövzuda heç bir sözə ehtiyac yoxdur" dedi.

Qeyd edək ki, İsrail mətbuatı İsrail ordusunun İrana və onun vəkillərinə qarşı hansı əks-hücum keçirəcəyinə qərar verildiyini, lakin zamanla bağlı hələlik yekun qərarın olmadığını yazıb.

Günel Məlikzadə