Ticarət mərkəzində hamburger davası: Ofisiantı döydülər - ANBAAN GÖRÜNTÜ
    • 17-04-2024, 17:00
    • 189

Ticarət mərkəzində hamburger davası: Ofisiantı döydülər - ANBAAN GÖRÜNTÜ

İstanbulda ticarət mərkəzində yeməyi bəyənməyən müştərinin ətrafındakı insanlar restoran işçisinə hücum edib.

News24.az xəbər verir ki, iddiaya görə, restorandan hamburger sifariş edən gənc qadın küftələrin bişmədiyini iddia edərək, hamburgeri geri qaytarmaq istəyib.

İşçilər bu vəziyyəti menecerindən soruşaraq hamburgeri dəyişə bilməyəcəklərini bildiriblər.

Bu vəziyyətə əsəbiləşən gənc qadınla işçi arasında mübahisə düşüb.

Şifahi mübahisə zamanı işçinin gənc qadına jarqonla cavab verərək xaosa səbəb olduğu iddia edilir.

Gənc qadının ticarət mərkəzindəki dostları işçini təpikləməyə və döyməyə başlayıblar.

Hadisə böyüdükcə hadisə yerinə çoxlu sayda polis işçiləri göndərilib.

Hər iki tərəf bir-birindən şikayət etmək üçün polis bölməsinə aparılıb.

Günel Məlikzadə