Öldüyü zənn edilən milyarder məşuqəsinin yanında tapıldı
    • 18-04-2024, 20:08
    • 134

Öldüyü zənn edilən milyarder məşuqəsinin yanında tapıldı

“Tengelmann Group” pərakəndə satış şəbəkəsinin direktoru və ortaq sahibi Karl-Erivan Haubun hazırda Moskvada Veronika Yermilovanın yanında olduğu aşkarlanıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Haubun sağ-salamat olduğu və sevgilisi ilə gözəl həyat yaşadığı anlaşılıb.

Qeyd edək ki, Haub 2018-ci ildə Matterhorn dağında xizək sürərkən qəfildən yoxa çıxıb. Onu bir həftə helikopterlərlə axtarsalar da, nə özü, nə cəsədi tapılıb. Hadisədən üç il sonra Köln məhkəməsi Haub üçün rəsmi olaraq ölüm şəhadətnaməsi verib.