Sabiq nazir həbsdə qaldı
    • 18-04-2024, 18:30
    • 132

Sabiq nazir həbsdə qaldı

Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbsdə qalması ilə bağlı qərar qəbul edib.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bunu vəkil Andranik Manukyan "Sputnik Armenia"ya bildirib.

2 il 7 aydır həbsdə olan Tonoyanın müdafiəsi tərəfinin iki vəsatəti rədd edilib. Həm ev dustaqlığına keçidlə bağlı, həm də ümumilikdə həbsin ləğvi ilə bağlı.

Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur.