Türkiyədə olan zəlzələdən sonrakı görüntülər
    • 19-04-2024, 10:16
    • 188

Türkiyədə olan zəlzələdən sonrakı görüntülər

Tokatda bir gün əvvəl baş verən 5,6 bal gücündə zəlzələdən sonra dağıntıların miqyası səhər açılanda bəlli olub.

News24.az xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonunda binaların, məscid minarələrinin uçduğu, daşların bağladığı yolların iş maşınları ilə açıldığı görülüb.

Qruplar zərərin qiymətləndirilməsi işlərini sürətlə davam etdirir və zərər çəkmiş ərazilərə yardımın çatdırılması üçün koordinasiya təmin edilir.

Səlahiyyətlilərin zəlzələ nəticəsində dəymiş ziyanın tam həcmi və gün ərzində zərər çəkənlərin vəziyyəti barədə ətraflı məlumat verməsi gözlənilir.

Günel Məlikzadə